Koronavirus Çinin laboratoriyasında yaranıb - Mayk Pompeo

17-01-2021, 09:44           
Koronavirus Çinin laboratoriyasında yaranıb - Mayk Pompeo
ABŞ-ın dövlət katibi Mayk Pompeo koronavirusun Çinin dövlət laboratoriyalarından çıxmasını iddia edən informasiyanı paylaşıb.

“Report” xəbər verir ki, bu barədə onun ABŞ Dövlət Departamentinin saytındakı bəyanatında bildirilir.

"Bu həftə Çinə gəlmiş Ümumdünya Səhiyyə Təşkilatının araşdırma qrupunun əhəmiyyətli işinə kömək etmək üçün Birləşmiş Ştatlar hökuməti bu gün 2019-cu ildə Çinin hökumət laboratoriyalarının fəaliyyəti haqqında yeni informasiyanı bölüşür", - bəyanatda deyilir.

Pompeonun sözlərinə görə, hələ 2019-cu ilin yayında Uhanın Virusologiya İnstitutunun bir neçə əməkdaşı koronavirusa oxşar nəyə isə yoluxub.

Həmçinin dövlət katibi bildirib ki, yarasaların RaTG13 koronavirusu SARS-COV-19-la 96% eynidir.

Pandemiyanın başlanğıcından dünyada COVID-19-a 94 milyon yoluxma qeydə alınıb, virusa yoluxmuş 67 milyon pasiyent sağalıb, 2 milyondan çox insan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru