Ermənistan təzminatdan qaçmağa variantlar axtarır – HÖKUMƏT HESABAT VERİR

23-01-2021, 00:20           
Ermənistan təzminatdan qaçmağa variantlar axtarır –
Azərbaycanın Vətən müharibəsi Ermənistan energetikasını çökdürüb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan qəzetlərin birinə müsahibəsində bildirib ki, Qarabağdakı son müharibə Ermənistanın enerji sektorunda da zərər vurub.

“İtirilmiş Su Elektrik Stansiyalarının dəyəri 200 milyon ABŞ dolları civarındadır. 2021-ci ildə Qarabağdan Ermənistana saatda 330 milyon kvt elektrik enerjisi ötürülməli idi. Yaranmış vəziyyət elektrik enerjisi ilə bağlı tarif problemləri yaranmaqdadır”.

Bununla əlaqədar daha bahalı elektrik enerjisinə ehtiyac duyulacağını deyən Vardanyan, atom elektrik stansiyalarının da təmirə gedəcəyinə (15 may-2 oktyabr) görə, müəyyən çətinliklərin yaranacağının anonsunu verib.

Qeyd edək ki, erməni kütləvi informasiyaları hələ də qondarma rejimin Qarabağdakı 6 SES-ə nəzarət etdiyini iddia edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.