Rusiyada etirazlar: Putinin sonunun başlanğıcı gəldi.

23-01-2021, 21:57           
Rusiyada etirazlar:
Rusiya hakimiyyəti Aleksey Navalnının həbs olunmasına qarşı etirazların qarşısını almaq üçün müxtəlif tədbirlər görür. İki gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) qurucusunun bir neçə tərəfdarı tutulub, 21 yanvarda FBK vəkilləri Lyubov Sobol və Vladlen Los həbs olunub. Lyubov Sobol 250 min rubl cərimə ediləndən sonra sərbəst buraxılıb.
İki gün əvvəl Navalnının mətbuat katibi Kira Yarmış və FBK-nın İstintaq İdarəsinin əməkdaşı Georgi Alburov saxlanılıb, onlar dünən məhkəmə qarşısına çıxarılaraq icazəsiz kütləvi tədbir təşkil etməkdə günahlandırılaraq 9 və 10 gün müddətinə həbs olunublar.
Moskva prokurorluğu internet nəhəngləri Facebook, TikTok, Twitter, Google və Mail-Groupa , öz növbəsində, beş internet xidmətinə razılaşdırılmamış mitinqdə iştirak etmək çağırışları ilə məlumatların yayılmasının yolverilməzliyi barədə xəbərdarlıq edib.
Rusiya Təhsil Nazirliyi valideynlərə uşaqlar və böyüklər üçün alternativ istirahət fəaliyyətləri - "meşədə gəzmək", "sevdiyiniz filmlərə baxmaq", "ailə üzvləri ilə yemək hazırlamaq"- təklif edərək valideynləri məktəblilərin etiraz aksiyalarına icazə verməməyə çağırıb. Bir sözlə Putin hakimiyyəti bütün resurslarını işə salaraq etirazları əngəllməyə çalışır.
Teref.az yazır ki, bunu politoloq Qubad İbadoğlu deyir. Daha sonra Qubad İbadoğlu davam edir:
Amma artıq Maqadanda və Xabarovskda etirazçılar küçələrə axışır.
Polislər Xabarovskda vilayət dumasının deputatı Maksim Kukuşkini saxlayıblar.
Bugün Rusiya çalxalanır. Putinin idarəçiliyindən təngə gələn caamat yalnız Navalnıyi müdafiə etmək üçün deyil, həm də rejimə yox demək üçün etiraz edir. Rusiyada yaşam şərtləri sürətlə pisləşir, qiymətlər bahalaşır, rubl dəyərdən düşür. Bu hələ son deyil, sonun başlanğıcıdır.

P.S. Bugün Rusiyada baş verənlərə dair geniş şərhlərimizi Bakı vaxtı ilə saat 20-də BİZ Youtube kanalından bu link vasitəsilə izləyə bilərsiniz.
https://youtu.be/UufaJujtJm0
P.S. Navalnıyın hazırladığı "Putinin sarayı: Dünyanın ən böyük rüşvət tarixçəsi (Putin's palace. History of world's largest bribe)" video araşdırması Youtube-da 3 gün ərzində 65,109,046 dəfə izlənilib. (Putinin 100 milyardlıq sarayının şəkli foto bölməsindədir). Bu izləmə yalnız Navalnıya rəğbətin deyil, həm də Putinə olan nifrətin göstəricidir.
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.