“Navalnının tərəfdarlarına qarşı təzyiqləri pisləyirik” –Britaniya XİN

24-01-2021, 10:29           
“Navalnının tərəfdarlarına qarşı təzyiqləri pisləyirik” –Britaniya XİN
Britaniya hökuməti rusiyalı müxalifət lideri Aleksey Navalnının tərəfdarlarına tətbiq olunan şiddəti qınayıb.

Krallığın XİN rəhbəri Dominik Raab özünün “Twitter” səhifəsində rusiyalı bloggerin azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında keçirilən aksiyalar zamanı dinc nümayişçilərə və jurnalistlərə qarşı şiddət tətbiq edilməsini tənqid edib.

“Britaniya rus səlahiyyətlilərinin dinc nümayişçilərə və jurnalistlərə qarşı şiddət tətbiq etməsini pisləyir. Biz Rusiya hökumətini Avropa Şurası və ATƏT-in insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə hörmət etməyə və dinc nümayişlər zamanı həbs olunan vətəndaşları sərbəst buraxmağa çağırırıq”,- deyə nazir qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru