“Arayik Arutyunyanı aradan götürməliyik” – Ya həbs, ya məhv...

25-01-2021, 16:58           
“Arayik Arutyunyanı aradan götürməliyik” – Ya həbs, ya məhv...
"Arayik Arutunyan və digər hərbi cinayətkarları həbs etmək Azərbaycan hüquq mühafizə orqanları üçün o qədər də problemli deyil”.

Bunu Sfera.az-a açıqlamasında Qarabağ separatçılarının lideri Arayik Arutunyanın və digər müharibə canilərinin bu günə qədər hansı səbəbdən həbs edilmədiyinə aydınlıq gətirərkən politoloq Natiq Miri deyib:

"Söhbət ondan gedir ki, Arayik Arutunyanın Qarabağda özünü rahat hiss etməsi Rusiya sülhməramlılarının fəaliyyətindəki nöqsanlarla bağlıdır. Azərbaycan bu məsələni Rusiya qarşısında ciddi şəkildə qaldırmalıdır. Bunu etməklə Arutunyanın həbsini tezləşdirə bilərik”.

Həmsöhbətimiz hesab edir ki, A.Arutunyan kimi hərbi cinayətkarları həbs etmək mümkün olmadıqda, fiziki məhv planı işə düşür:

"Müharibə cinayətlərinin iştirakçısı, əli Azərbaycan əsgərinin qanına batmış bu cinayətkar istənilən halda layiqli cəzasına çatmalıdır. Bunun üçün ölkəmizin xüsusi xidmət oqranlarının bilavasitə fəaliyyəti yetərlidir. Düşünürəm ki, onun aradan götürülməsi böyük problem deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru