Rusiya səfiri Ter-Petrosyanın şəxsi malikanəsinə getdi... - Saat yarımlıq müzakirə?..

26-01-2021, 11:26           
Rusiya səfiri Ter-Petrosyanın şəxsi malikanəsinə getdi... - Saat yarımlıq müzakirə?..
Ermənistanın birinci prezidenti, hazırkı baş nazir N.Paşinyanın ideoloji atası sayılan Levon Ter-Petrosyan Rusiyanın işğalçı ölkədəki səfiri Sergey Kopırkini növbəti dəfə öz şəxsi malikanəsində qəbul edib.

Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, bu haqda özünün “Facebook” səhifəsində L.Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan yazıb.

Saat yarıma yaxın davam edən görüşdə Ermənistan-Rusiya münasibətlərinin inkişafı, regional təhlükəsizlik, o cümlədən son Qarabağ savaşı zamanı əsir düşmüş erməni hərbçilərin qaytarılması və s. məsələləri müzakirə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru