Ermənistan müxalifətini “əsas problem” adlandırdılar "O YOXDUR, BİR NEÇƏ İRİ OYUNÇU VAR"

28-01-2021, 09:05           
Ermənistan müxalifətini “əsas problem” adlandırdılar "O YOXDUR, BİR NEÇƏ İRİ OYUNÇU VAR"
Hakim elita seçkinin keçirilməsinə tərəfdardırsa, müxalifət isə ondan imtina edirsə, bu nonsensdir.

Virtualaz.org bildirir ki, bunu “Sputnik Armeniya”ya eksklüziv müsahibəsində Ermənistanın vitse-spikeri Alen Simonyan deyib.

Bundan əlavə, erməni vitse-spiker, mövcud vəziyyətdə əslində olmayan müxalifətin özünü əsas problem adlandırıb.
Simonyan qeyd edib ki, istər hakimiyyətin, istərsə də müxalifətin sosial sorğularının hamısı Ermənistan əhalisinin 72% - nin hakimiyyəti dəstəklədiyini göstərir. O əlavə edib ki, hakim partiya seçkinin keçirilməsini, ilk növbədə, əhali üçün təklif edir ki, insanlar bundan sonra necə yaşamağa hazırlaşdıqlarını və nəyi düzgün hesab etdiklərini başa düşsünlər: "Müxalifət razı deyilsə, deməl,i bu seçkilərdə məğlub olacağını əvvəlcədən bilir. O zaman bu seçkilərin göstərdiyim tezizə görə nə qədər lazım olacağına iqtidar partiyası qərar verəcək".

Onun sözlərinə görə, hakim komandanın növbədənkənar seçkilər keçirmək istədiyi, müxalifətin isə bundan kənar olduğu paradoksal vəziyyət yaranıb.

Simonyan müxalifəti əsas problem adlandırıb: “Çünki o, xalqı təmsil etmir, hansısa keçmiş məmurların maraqlarını təmsil edir, deməli, o yoxdur, bir neçə iri oyunçu var”.

Simonyana görə, xalqın nə iqtidarda, nə də müxalifətdə elə də çox seçimi yoxdur. Bundan əlavə, mövcud hökuməti sevməyən vətəndaşlar, hələ də "ən azı köhnələr deyil" məntiqi ilə ona üstünlük verirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.