İqbal Ağazadə: “Araik Artunyan bizdən qorxub qaçıb gizlənməli idi”

28-01-2021, 10:05           
İqbal Ağazadə:
“Müharibə bitməyib. Kim hesab edir ki, müharibə bitib? Sabah Xankəndi, Xocavənddə, Xocalıda nələrin baş verəcəyini bilirsinizmi? Ermənilər Xocavənddə Qaregin Njdenin heykəlini ucaldıblar. Araik Artunyan bəyanatlar verir...”.

Open.az-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə bildirib ki, müharibə hərb meydanında dayanıbsa, masa arxasında davam etməlidir: “Araik Artunyan kabineti toplayır, “Artsax”ın müstəqilliyindən danışır. Azərbaycanın Baş Prokurorluğu Araik Artunyana cinayət işi açıb, onu axtarışa verib. Sülhməramlılarla söhbət bu olmalı idi ki, Araik Azərbaycana təhvil verilsin. Araik Artunyan bizdən qorxub qaçıb gizlənməli idi. Əvəzinə nə olur, qondarma qurumun bayrağı altında sülhməramlılarla Dağlıq Qarabağ məsələsini müzakirə edir...”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru