Kocaryan hələ də H. Əliyevin incə siyasi manevrlərini anlaya bilməyib: “Az qala imza atacacaqdı”

28-01-2021, 10:59           
Kocaryan hələ də H. Əliyevin incə siyasi manevrlərini anlaya bilməyib:

“Azərbaycan həmişə Naxçıvana suveren bir yol arzusunda olub. Bu onların müqəddəs arzusu idi. Ki Uest danışıqları zamanı az qala Heydər Əliyevlə razılığa gəlmişdik. Qarabağ tamamilə Ermənistana verilir və bunun qarşılığında Azərbaycan Zəngəzurdan bir yol alırdı”.

Ovqat.com xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Kocaryan erməni mediasına verdiyi müsahibəsində belə deyib.

O, təəssüflənib ki, indi isə Azərbaycan heç bir qarşılıq ödəmədən həm Qarabağa, həm də suveren yola sahib olub. “Bütün arzu etdikləri çin oldu "- Robert Köçəryan belə deyib.

Erməni siyasətçisi Ki Uest danışıqlarından gözlədikləri nəticələri ala bilməmələrinə isə belə aydınlıq gətirib: “Heydər Əliyev son anda imzalamaqdan imtina etdi. Azərbaycan Parlamentindən və millətçilərindən çox yüksək təzyiq var idi.”

Bir sözlə, uzun illər Ermənistana rəhbərlik edən, dəfələrlə Heydər Əliyevlə görüşən və birgə danışıqlar aparan bu adam mərhum Azərbaycan prezidentinin mürəkkəb kombinasiyalar qurmağı bacaran usta siyasətçi olduğunun fərqinə hələ də vara bilməyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin Ki Uest görüşü 2000-ci ildə keçirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru