General Muradov Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi haqda

29-01-2021, 04:49           
General Muradov Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi haqda
Rusiyalı sülhməramlıların nəzarəti altında Azərbaycan və Ermənistan arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi baş verib.

Virtualaz.org bildirir ki, bu barədə "İnerfax"a Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov məlumat verib.

“Mənim şəxsi nəzarətim altında Rusiya sülhməramlılarının apardıqları iş nəticəsində Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi əsirlikdə olan bir nəfəri Bakıya, beş hərbi əsiri isə Yerevana aparıb”, - deyə Muradov bildirib.

***19:44

Azərbaycandan daha 5 hərbi əsir Ermənistana təhvil verilib.

Virtualaz.org "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan “Facebook” səhifəsində yazıb.

Hərbi əsirlərin qaytarılması Rusiya tərəfinin vasitəçiliyi ilə baş tutub. Hərbi əsirlərin olduğu təyyarə artıq Bakıdan Yerevana yola düşüb.

Məlumata görə, onları Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru