Xankəndidə azərbaycanlıların qayıtması üçün 2 kvartal ayrılıb? - Poqosyan tikinti aparıldığını deyir

29-01-2021, 17:31           
Xankəndidə azərbaycanlıların qayıtması üçün 2 kvartal ayrılıb? -
“Azərbaycanlıların Xankəndinə qayıtması istisna olunur".

Cebhe.info xəbər verir ki, bu sərsəm açıqlama ilə Xənkəndidəki terrorçu rejimin "mətbuat katibi" Vaqram Poqosyan çıxış edib.

O bildirib ki, azərbaycanlıların Xankəndinə qayıdacağı barədə məlumatlar həqiqəti əks etdirmir və ermənilər arasında təşviş yaratmağa xidmət edir: "Bu cür informasiyalar müxtəlif qüvvələr tərəfindən yayılır. Bu yolverilmzədir".

Poqosyan azərbaycanlıların qayıtmasının gözlənildiyi yaşayış kvartallarında artıq tikinti və quruculuq işləri aparıldığını deyib. Onu da bildirib ki, tikinti azərbaycanlılar üçün yox, ermənilər üçündür: “Kanalizasiya sistemi qurulur, evlərin dam örtüyü təmir edilir. İnşaatçılar öz işlərini davam etdirirlər. Evsiz qalanlar üçün tezqurulan konstruksiyalı evlər hazırlanır".

Xatırladaq ki, son günlər azərbaycanlıların yaxın zamanda Xankəndinə qayıdacağı, bu məqsədlə hətta şəhərdəki iki kvartalın tamamilə ayrıldığı barədə xəbərlər yayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru