Vardenis-Ağdərə yolu hansı şərtlərlə açıla bilər? - "İrəvan üzərinə öhdəliklər götürməlidir"

30-01-2021, 17:10           
Vardenis-Ağdərə yolu hansı şərtlərlə açıla bilər? -
"Ermənilərin bu istəyi qarşılığında, İrəvan Qarabağa qanunsuz səfərlərə son qoymalı, Xankəndindəki silahlı ermənilər tərksilah edilməlidir”

Bunu Sfera.az-a açıqlamasında Ermənistanın Vardenis-Ağdərə yolundan istifadə üçün Bakı ilə danışıqlar aparması barədə məlumata münasibət bildirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, bu kimi məsələlər İşçi Qrupunda həll olunur:

"Qeyd edim ki, 11 yanvar tarixində Moskvada imzalanan üçtərəfli bəyanat ilk növbədə Azərbaycanla Ermənistan arasında kommunikasiyaların bərpası məsələsinə həsr olunub. Kommunikasiyaların bərpası dedikdə Naxçıvanın dəmiryolu və avtomobil yollu vasitəsilə Azərbaycanın əsas hissəsilə birləşməsi, eyni zamanda Ermənistandan İran və Rusiya istiqamətində dəmiryolu xətlərinin işə salınması istiqamətində təkliflər paketi nəzərdə tutulur ”.

Deputat düşünür ki, tək erməni tərəfinin istəyilə məsələ bitmir. Qarşılığında onlar da müəyyən öhdəliklər götürməlidir: "Ermənilərin Vardenis-Ağdərə yolundan istifadə barədə istəklərinə gəldikdə, bunun qarşılığında İrəvanın hansı addımlar atacağı əsas götürülməlidir. Məsələn, hazırda Azərbaycanı narahat edən məsələdən biri Ermənistan tərəfinin Bakının razılığı, icazəsi olmadan yenə də Qarabağ bölgəsinə, Xankəndinə qanunsuz səfərləri davam etdirməsidir.

Digər tərəfdən, ərazilərimizdə bir nəfər də olsa əli silahlı erməni olmamalıdır. Bu kimi suallara cavab tapılmayınca, onların istəyinə müsbət cavab verilməyəcək. Bu qəti, prinsipial mövqeyimizdir. Yəni tək Ermənistan tərəfinin istəyilə məsələ bitmir. Qarşılığında İrəvan da müəyyən öhdəliklər götürməli olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.