Dağlıq Qarabağ üzrə işçi qrupun iclası keçirildi

30-01-2021, 23:50           
Dağlıq Qarabağ üzrə işçi qrupun iclası keçirildi
Dağlıq Qarabağ üzrə Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupun iştirakçıları daşınmalar və onların təhlükəsizliyinin təminatı, həmçinin nəzarət məsələləri üzrə ekspert yarımqruplarını yaratmaq barədə qərar qəbul ediblər.

Sfera.az xəbər verir ki, bu barədə qrupun iclasının nəticəsinə görə Rusiya Federasiyasının baş nazirin müavini Aleksey Overçuk bildirib.

O, qeyd edib ki, tərəflər dəmir yolu, avtomobil, daşınmaların təminatı, təhlükəsizlik daxil olmaqla, sərhəd, gömrük, sanitar, baytarlıq, fitosanitar və nəzarətin başqa növləri növbəti ekspert yarımqruplarını yaratmağa razılaşdırıblar", - Rusiya Federasiyasının Nazirlər Kabinetinin saytında yerləşdirilmiş xəbərdə deyilir.

Yarımqrupların formalaşmasının 2 fevrala qədər yekunlaşdırılması planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru