ÜST Britaniyanı kütləvi peyvəndləməni dayandırmağa çağırdı

31-01-2021, 07:13           
ÜST Britaniyanı kütləvi peyvəndləməni dayandırmağa çağırdı
Birləşmiş Krallıq və digər ölkələrin səlahiyyətliləri ilk mərhələdə əhalinin koronavirusa qarşı sürətli kütləvi peyvənd edilməsi planlarından imtina etməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris bu barədə BBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin ölkələr yalnız vətəndaşlarının ən həssas təbəqələrini vaksinlə təmin etməlidirlər ki, dünyada daha çox insan dərman əldə edə bilsin:

“Britaniyalılara üz tuturuq: “Siz gözləyə bilərsiniz”.

Hesab edirik ki, səhiyyə işçilərini və koronavirusla yoluxma riski artan insanları peyvənd edən ölkələr başqalarının dərman əldə etməsini təmin etməlidirlər”.

Harris bu cür yanaşmanın yalnız mənəvi baxımdan deyil, iqtisadi baxımdan da doğru olacağını vurğulayıb.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru