Ukraynalı politoloq Qarabağdakı Rusiya sülhməramlıları barədə danışdı

31-01-2021, 22:37           
Ukraynalı politoloq Qarabağdakı
Ukraynanın ATƏT-in Dağlıq Qarabağ Missiyasındakı keçmiş nümayəndəsi, diplomat Aleksandr Samarski hesab edir ki, Rusiya Federasiyası üçün Ermənistan-Rusiya münasibətlərinin inkişafının uzunmüddətli perspektivləri bu gün təqdim edilə biləcəyi qədər müsbət deyil.

Sfera.az xəbər verir ki, bu barədə o, "Apostrof”a müsahibəsində deyib:

"Bu mərhələdə İrəvanın xarici siyasət prioritetləri içərisində Moskvanın yerini tutacaq kimsə yoxdur... Lakin Ankara İrəvana onun imtina etməyəcəyi qədər əlverişli təkliflər verməyə müvəffəq olarsa, vəziyyət kəskin şəkildə dəyişə bilər”.

Bundan əlavə, Samarski bildirib ki, Rusiya sülhməramlılarının münaqişə bölgəsində yerləşdirilməsi nəticəsində Azərbaycan heç nə uduzmayıb, Rusiya isə ciddi uğur qazanmayıb:

"Məsələ bundadır ki, Bakı Rusiya Federasiyasının sülhməramlılarının yerləşdirilməsindən müəyyən bir qazanc əldə etdi. Bakı, heç olmasa orta müddətdə erməni azlığın hüquqlarına riayət problemi ilə bağlı baş ağrısından qurtulur. Azərbaycan üçün bir başqa müsbət məqam da Ermənistan ərazisindən keçən nəqliyyat rabitəsinin blokadadan çıxarılması ilə bağlı üstünlüklərdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru