"İNDİ QARABAĞIN STATUSU MƏSƏLƏSİNİ MÜZAKİRƏ ETMƏK MÜMKÜN DEYİL" - "Bunu artıq Türkyə ilə də müzakirə etmək lazım gələcək, çünki ..." (Yenilənib)

1-02-2021, 22:24           
"İNDİ QARABAĞIN STATUSU MƏSƏLƏSİNİ MÜZAKİRƏ ETMƏK MÜMKÜN DEYİL" -
“Həll edilməyən Qarabağın statusu məsələsini indi müzakirə etməkdənsə, ən yaxşısı gələcəyə saxlamaqdır. İndi onu müzakirə etmək mümkün deyil”.

Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev bildirib.

“Çünki hazırda statusun müzakirəsi ciddi gərginliyə yol açır. Tərəflərin bu məsələdəki mövqeləri də kəskin fərqlənir. Hətta Ermənistanın daxilində belə diskussiyalar gedir. Xatırladım ki, Ermənistan Qarabağın müstəqilliyini tanımayıb. Bunu niyəsə unudurlar, amma əslində bu belədir. Ona görə də status məsələsi gələcəyə saxlamaq daha yaxşıdır”, - o qeyd edib.

Dmitri Medvedevin problemun həllində Türkiyənin rolunua da toxunub.

“Dağlıq Qarabağ məsələsinin nizamlanmasını artıq Türkyə ilə də müzakirə etmək lazım gələcək, çünki bölgədəki realllıq bundan ibarətdir.

Türkiyə həm bizim qonşumuz, həm də ciddi tərəfdaşımızdır. Türkiyə həm də Azərbaycan üçün olduqca yaxın ölkədir. Bu faktoru nəzərə almamaq mümkün deyil”,-deyə keçmiş prezident bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva və Ankara arasında hazırda olduqca məhsuldar dialoq atmosferi yaranıb, iki ölkənin başçısı bu mövzu ətrafında daima müzakirə edirlər, artıq bölgədə vəziyyətə nəzarət olunması üçün xüsusi mərkəz də yaradılıb.

“Bu mərkəzin özü də ümumi sabitliyin elementi sayılır. Mən bunu hansısa uzunmüddətli siyasətin elementi adlandırmaqdan və ya sui-qəsd nəzəriyyəsi düzəltməkdən uzağam. Gerçəklik bundan ibarətdir ki, bu məsələni artıq Türkiyədəki tərəfdaşlarımızla müzakirə etmək lazım gələcək”,-deyə Dmitri Medvedev söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru