Navalnı 3.5 il müddətinə azadlıqdan məhrum edildi

2-02-2021, 23:54           
Navalnı 3.5 il müddətinə azadlıqdan məhrum edildi
Moskvanın Simonovski məhkəməsi, Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin tələbi ilə Moskva Şəhər Məhkəməsində iclas keçirilib.

Yenisabah.az xəbər verir ki, “İv Roşe” işi üzrə Aleksey Navalnı üçün şərti 3,5 il cəzasının həqiqi cəza ilə əvəz olunması haqqında qərar qəbul edilib.

“Məhkəmə Cəzaların İcrası Federal Xidmətinin Aleksey Navalnı üçün şərti 3,5 il cəzasının həqiqi cəza ilə əvəz olunması haqqında vəsatətinin təmin olunmasına qərar verdi. Hökmün qanuni qüvvəyə minməsinədək onun hərəkətinin məhdudlaşdırılması üçün həbs qətimkan tədbiri təyin olunsun”, - deyə hakim Natalya Repnikova məhkəmənin qərarını oxuyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru