"Erməniləri azərbaycanlılar və türklərlə birlikdə böyük gələcək gözləyir" — Beqloyan

3-02-2021, 04:49           
"Erməniləri azərbaycanlılar və türklərlə birlikdə böyük gələcək gözləyir" — Beqloyan
Gələcəyə baxmalı və kimin ilk hücum etdiyi, bu ərazinin kimə məxsus olması barədə bitməyən müzakirələrə qayıtmamalıyıq.

Demokrat.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim addımım” blokundan olan millət vəkili Anuş Beqloyan deyib.

Türkiyə, Azərbaycan və Gürcüstan təmsilçilərinin də qatıldığı “Sərhəd ZONA” layihəsinin onlayn konfransında danışan deputat bildirib ki, sonsuz müzakirələrə qayıtmağa ehtiyac yoxdur. Çünki bənzər müzakirələr sonda müharibəyə gətirib çıxarıb.

O, erməniləri azərbaycanlılar və türklərlə birlikdə böyük gələcək gözlədiyini qeyd edib. /publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru