“İrana təcili hərbi müdaxilə etməliyik, yoxsa…” – Nazirdən şok açıqlama

4-02-2021, 12:29           
“İrana təcili hərbi müdaxilə etməliyik, yoxsa…” –
İsrailin infrastruktur naziri Tsaxi Haneqbi İranın nüvə proqramının təhlükəli bir həddə çatdığını deyib.

Teref.az xəbər verir ki, nazir İranın təhlükəli addımlarına qarşı adekvat cavabın veriləcəyini bildirib.
Haneqbi İranın son günlərdə Natanz və Fordo nüvə müəssisələrində inkişaf etmiş yeni sentrifuqalar işə saldığını bildirib.
Onun sözlərinə görə, İsrailin İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün bu ölkəyə hərbi müdaxilə etməkdən başqa yolu qalmayıb: “İsrail üçün aydındır ki, ABŞ heç vaxt İran İslam Respublikasına qarşı hücuma keçməyəcək. Elə buna görə də hesab edirəm ki, biz artıq özümüz təkbaşına hərəkətə keçməliyik”.
Tsaxi Haneqbi qeyd edib ki, İsrail artıq İranın nüvə silahına yiyələnməsi ilə barışıb-barışmayacağı ilə bağlı qərar verməlidir: “Hesab edirəm ki, İsrailin bu təhlükəni aradan qaldırmaq üçün təkbaşına hərəkətə keçməkdən başqa çıxış yolu olmayacaq. Ümid edirəm ki, İsrail rəhbərliyi nüvə silahına sahib olan bir İranı qəbul etməyəcək”. (Teleqraf)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru