Tramp impiçment prosesində çıxışdan imtina edib

5-02-2021, 02:31           
Tramp impiçment prosesində çıxışdan imtina edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Senatda impiçment üzrə prosesdə çıxış etmək niyyətində deyil.

“Report” xəbər verir ki, bu barədə CNN sabiq prezidentin vəkilləri Bryus Kastor və Devid Şoenə istinadən bildirib.

Qeyd edək ki, Nümayəndələr Palatasının üzvləri Trampdan impiçment üzrə dinləmələrdə ifadələr verməyi tələb ediblər.

Keçmiş dövlət başçısının hüquqşünasları isə bu sorğunu "piar-fənd" adlandırıblar.

“İmpiçment iddiası qaldırmaq məqsədilə Konstitusiyamızdan istifadə etmək bu oyunları oynamağa cəhd göstərmək üçün çox ciddidir", - deyə məktubda qeyd edilir.

Trampın müşaviri Ceyson Miller də həminin telekanala sabiq liderin Senatda ifadə verməkdən imtina etdiyini deyib.

"Prezident qeyri-konstitusiyalı təhqiqatın gedişatında ifadə verməyəcək", - o qeyd edib.

ABŞ Senatının keçmiş prezidentin impiçmenti işi üzrə iclası fevralın 9-da keçiriləcək. Tramp yanvarın 6-da Vaşinqtonda baş verən qarışıqlıqlara təhrikçilikdə ittiham edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru