Rusiya Xarici İşlər Nazirliyi Almaniya, Polşa və İsveçin diplomatlarını “persona non qrata” elan edib
5-02-2021, 23:38
Rusiya Xarici İşlər Nazirliyi Almaniya, Polşa və İsveçin diplomatlarını “persona non qrata” elan edib. Diplomatlar icazəsiz aksiyalarda iştirak etdikləri üçün müvafiq qərar qəbul olunub. Yaxın vaxtlarda 3 diplomat ölkəni tərk etməlidir. Anaxeber.info