"Avropa üçlüyü"nün XİN rəhbərləri və ABŞ dövlət katibi İranın nüvə proqramını müzakirə ediblər

6-02-2021, 07:37           
"Avropa üçlüyü"nün XİN rəhbərləri və ABŞ dövlət katibi İranın nüvə proqramını müzakirə ediblər
Fransa, Almaniya, Böyük Britaniyanın xarici işlər nazirləri və ABŞ dövlət katibi İranın nüvə proqramını və digər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə özünün "Twitter" səhifəsində Fransanın XİN rəhbəri Jan-İv Le Drian yazıb.

Nazir bildirib: "Entoni Blinken, Hayko Maas və Dominik Raab ilə İran sənədi barədə ətraflı və vacib müzakirəmiz oldu. Nüvə təhlükəsizliyi və regional təhlükəsizlik probleminin birgə həll yolunu və digər vacib məsələləri müzakirə etdik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru