AB-dən terror siyahısı ilə bağlı - Qərar

6-02-2021, 07:51           
AB-dən terror siyahısı ilə bağlı - Qərar
Avropa Birliyi (AB) İran diplomatı Əsədullah Əsədi və PKK lideri Dalokay Şanlının olduğu terror siyahısının müddətini 6 ay uzadıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurası qərar qəbul edib.

Ötən ilin 30 iyulunda elan edilən siyahıda PKK, DHKP-C, TAK, İBDA-C, HƏMAS kimi təşkilatlarla yanaşı, Hizbullahın hərbi qanadı və İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Daxili Təhlükəsizlik Departamenti də yer alıb.

Qeyd edək ki, sözügedən siyahı hər 6 aydan bir yenilənir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru