Almaniya müdafiə xərclərini rekord həddə çatdırıb

7-02-2021, 19:56           
Almaniya müdafiə xərclərini rekord həddə çatdırıb
Almaniya hökuməti bu il müdafiə xərclərini rekord - 53,03 milyard avroya çatdırmaq niyyətindədir ki, bu da keçən ildəkindən 3,2% çoxdur.

“Report”un məlumatına görə, bu barədə “DPA” agentliyi Almaniyanın NATO-ya təqdim etdiyi sənədə istinadən xəbər verib.

“NATO ümid edir ki, Almaniya kimi ölkələr tərəfindən xərclərin artırılması, ittifaqın yükünün ədalətli bölüşdürülməsini tələb edən ABŞ-la fikir ayrılıqlarının həllinə kömək edəcək”-deyə, nəşr bildirib.

Qeyd edək ki, 2020-ci ildə Almaniyanın müdafiə xərcləri 51,39 milyard avro olub. Bu, ÜDM-nin 1,57% -ni təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru