Misir fövqəladə ərəb sammiti çağırıb - Fələstin üzrə
9-02-2021, 00:15

Misir Ərəb Dövlətləri Liqasına (ƏDL) üzv dövlətlərin Xarici İşlər nazirləri səviyyəsində fövqəladə görüşünü çağırıb - «ərəb birliyi və fələstinlilərin hüquqlarının müdafiəsi» məsələlərinin müzakirəsi məqsədilə. Fevralın 8-dəki görüş Fələstin-İsrail sülh prosesinin dirçəlişinə və Ağ Evin yeni administrasiyası dövründə Birləşmiş Ştatların Fələstinə yönəlik siyasətinin müzakirəsinə həsr olunub. Bu barədə «Əl-Ərəbiyyə» xəbər verib.
Amerika Birləşmiş Ştatları (ABŞ) və Fələstin arasında münasibətlər Donald Tramp administrasiyası dövründə, Vaşinqton İsrailin İordan çayının Qərb sahilindəki işğal edilmiş ərazilərin anneksiyası planını bəyənəndən və necə deyərlər, «əsrin sazişi»ni irəli sürəndən sonra gərginləşib.
Təşkilatın Baş katibi Hossam Zəki xəbər verib ki, ƏDL-nın fövqəladə iclası Misir və İordaniyanın xahişi ilə keçirilir və orada «Fələstin işinin əsasları» və ərəb birliyi müzakirə olunacaq. Gözlənilir ki, ƏDL Xarici İşlər nazirləri Fars körfəzi ərəb dövlətləri əməkdaşlıq Şurası sammitinin nəticələrini də müzakirə edəcəklər.
Sammit Səudiyyə Ərəbistanında (Əl-Ule) ötən ay keçirilib.
AzPolitika.info