ABŞ-ın yeni dövlət katibi Trampın Çinə qarşı siyasətini müsbət qiymətləndirib

9-02-2021, 07:38           
ABŞ-ın yeni dövlət katibi Trampın Çinə qarşı siyasətini müsbət qiymətləndirib
ABŞ dövlət katibi Entoni Blinken keçmiş prezident Donald Trampın Çinə qarşı siyasətini doğru hesab etdiyini bildirib.

APA xəbər verir ki, Amerika diplomatiyasının rəhbəri bunu “CNN” telekanalının efirində açıqlama verərkən qeyd edib.

“Prezident Trampa haqq verərək deməliyəm ki, Çinlə münasibətdə daha sərt bir mövqe tutmaqda doğru addım atıb. Bu, düzgün taktika idi, baxmayaraq ki, o, bunu tətbiq edərkən hüduddan çox kənara çıxıb. Ancaq əsas prinsip etibarilə doğru idi”, - dövlət katibi belə deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru