Rusiyanın hakim partiyası "xarici agentlərin" seçkilərdə iştirakını əngəlləmək istəyir

10-02-2021, 00:00           
Rusiyanın hakim partiyası "xarici agentlərin" seçkilərdə iştirakını əngəlləmək istəyir
Rusiya Dumasında “Vahid Rusiya” fraksiyasının sədri Sergey Neverov bildirib ki, fiziki şəxslərin - "xarici agentlər"in Rusiyanın heç bir dövlət hakimiyyəti orqanına seçilməsinə yol vermək olmaz.

Bu barədə fevralın 9-da "Radio Svoboda" xəbər verib.

Bildirilir ki, Biznes Patriotizmin İnkişafı üzrə Sahibkarlar Assosiasiyası - “AVANTİ”nin sədri Rahman Yansukov fevralın 8-də Dövlət Duması və Federasiya Şurasının rəhbərliyinə müraciət edərək “Belarus ssenarisi”nin təkrar olunmaması üçün “xarici agentlər”in və onların yaxın qohumlarının seçkilərdə iştirakına qadağa qoymağa çağırıb.

O, vurğulayıb ki, qanunvericiliyin bu şəkildə dəyişdirilməsi Dövlət Dumasına seçkilərdə Yuliya Navalnayanın iştirakını əngəlləyə bilər. Dumanın spikeri Vyaçeslav Volodin isə belə bir təşəbbüsün müzakirə oluna biləcəyini söyləyib.

“Bəzi ölkələrin özlərinə loyal namizədləri irəli sürməklə bizim seçkilərə müdaxilə arzularının nə qədər böyük olduğunu görürük. Buna yol vermək olmaz”, – deyə spiker söyləyib.

Hazırda deputatların müzakirəsində olan və birinci oxunuşda qəbul edilən qanun layihəsi “xarici agentlər”in seçkilərdə iştirakına icazə verir. Amma həmin şəxsin öz statusunu bütün təşviqat materiallarında göstərməsi tələb olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.