Zəngəzur ilə bağlı Azərbaycanla heç bir razılaşma imzalanmayıb – Paşinyanın müavini

11-02-2021, 10:21           
Zəngəzur ilə bağlı Azərbaycanla heç bir razılaşma imzalanmayıb –
“Ermənistanla Azərbaycan arasında hər hansı ayrıca sənəd imzalanmayıb”.

Qazet.az xəbər verir ki, bu sözləri Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan parlamentdəki çıxışı zamanı deyib.

“Rusiyanın vasitəçiliyi olmadan imzalanan hər hansı sənəddən xəbərdar deyiləm. Təqdim olunan ifadələrə və sənədlərə əlavə olaraq Goris-David Bek (Gorus-Zeyvə – red.) yolu ilə bağlı başqa bir razılaşma var, çünki oradakı yol mübahisəli hissələrdən keçir. Bu, bildiyim yeganə razılaşmadır”, – Avinyan qeyd edib.

O, bütün digər məsələlərdə (xüsusən də Azərbaycanla yeni sərhədlərin qorunması) komissiya iclası və ya fraksiya ilə görüşlər formatında cavablar almaq lazım olduğunu söyləyib.

Avinyanın sözlərinə görə, bu sualların cavabları dövlət sirri ehtiva etdiyinə görə, bu məsələlərin parlamentin tribunasından səsləndirilməsi mümkün deyil.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan Kapana (Qafan – red.) səfəri zamanı Ermənistanla Azərbaycan arasında Sünik (Zəngəzur – red.) bölgəsindəki Gorus-Qafan yolunda nəqliyyatın tənzimlənməsi ilə bağlı memorandum imzalandığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru