“Hakimiyyət Azərbaybaycanla Sünikin Davit Bek-Gorus yolu barədə razılaşmanı cəmiyyətdən gizlədib” – Abrahamyan
11-02-2021, 12:01
“Bir neçə gün əvvəl Ermənistanın keçmiş Baş naziri Hrant Baqratyan öz qeydi ilə qeyd etmişdi ki, Sünik sektorunda rus sərhədçi onunla söhbətdə hansısa 6 bəndlik Ermənistan-Azərbaycan memorandumuna istinadlar edirdi. Rus hərbi qulluqçunun sözlərinə görə, bu, 2020-ci ilin 10 noyabr üçtərəfli birgə bəyanatından irəli gəlirdi”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henaket” analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan “Facebook” səhifəsində yazıb.
“Səlahiyyətlilərin bu barədə heç bir şey bildirmədikləri halını nəzərə almaqla bu gün parlamentin sual-cavabı zamanı deputatlardan biri bu mövzuda sual verdi.
Baş nazirin müavini Tiqran Avinyan qeyd etdi ki, məsələyə cavab vermək halında müəyyən dövlət sirlərinə toxunmalıdır, bunu parlament tribunasından edə bilməz.
Hakimiyyət Azərbaybaycanla Sünikin Davit Bek-Gorus yolu barədə razılaşmanı cəmiyyətdən gizlədib”, - deyə o qeyd edib.