Məmurlar problemi necə ört-basdır edir: - məhkəmə sistemində problemlər, süründürməçilik...
11-02-2021, 13:40
Müxtəlif qurumlar tərəfindən vətəndaş şikayətlərinin gözardı edilməsi, ciddiyə alınmaması günümüzün ən aktual problemlərindən birinə çevrilib. Belə ki, bəzən vətəndaşlar adi bir arayışı almaq üçün günlərlə gözləmək məcburiyyətində qalır. Həmin şikayətlər mətbuatda işıqlanırılanda isə bəzi qurumlar tərəfindən bir qayda olaraq vətəndaş günahkar çıxarılır. Mövzu ilə bağlı “MediaPost”a danışan millət vəkili Hikmət Baboğlunun fikrincə şikayətlərə səbəb olan əsas amil məmur eqoizmidir. Tanınmış jurnalist, professor Qulu Məhərrəmli isə “MediaPost”a açıqlamasında bildirib ki, məmurların əsas vəzifəsi vətəndaş şikayətlərini dinləməkdir. Millət vəkili şikayətlərin təmin edilməsi üçün çevik idarəetmə aparatının vacibliyini vurğulayıb. Qulu Məhərrəmli hər strukturda tanınmış media nümayəndəsinin sözçü kimi çalışmasının yanlış yanaşma olduğunu bildirib. Hikmət Babaoğlu isə söyləyib ki, sözçü çalışdığı qurumu müdafiə etmək əvəzinə şikayətə cavab verməlidir . Daha ətraflı videoda: