Avropa Parlamenti Belarus AES-in işə salınmasını dayandırmağa çağırıb

12-02-2021, 06:56           
Avropa Parlamenti Belarus AES-in işə salınmasını dayandırmağa çağırıb
Avropa Parlamenti Belarus Atom Elektrik Stansiyasının (AES) işə salınmasının dayandırılmasını özündə əks etdirən qərar qəbul edib.

APA xəbər verir ki, sənəddə Avropa İttifaqının tövsiyələri tam yerinə yetirilənə və bütün lazımi təhlükəsizlik tədbirləri görülənə qədər AES-in işə salınması məqbul hesab edilmir.

692 deputatdan 642-si qətnamənin lehinə səs verib.

Qeyd edək ki, Belarus AES ən böyük Rusiya-Belarus iqtisadi layihəsidir. Onun tikintisinin baş podratçısı “Rosatom”un bir hissəsi olan “Atomstroyeksport”dur.

Stansiyanın birinci blokunun 2021-ci ildə, ikincisinin isə 2022-ci ildə istifadəyə veriləcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru