"İran Rusiya ilə təlim keçirməklə, düşmənlərinə dəqiq siqnal göndərir" - Kontr-admiral

15-02-2021, 07:59           
"İran Rusiya ilə təlim keçirməklə, düşmənlərinə dəqiq siqnal göndərir" - Kontr-admiral
Çinin də iştirakı ilə İran və Rusiyanın birgə hərbi-dəniz təlimləri keçirməsi İslam Respublikasının düşmənlərinə «dəqiq siqnal» göndərir və onun silahlı qüvvələrinin gücünü nümayiş etdirir.

Bu barədə fevralın 14-də İran ordusunun koordinator müavini, kontr-admiral Həbibulla Səyyari bəyan edib.

«Nə vaxt ki, Rusiyanın güclü donanması İran İslam Respublikasının hərbi-dəniz qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu ilə təlim keçirir, bu, dəqiq siqnaldır - iranlı hərbçi qeyd edib - İran HDQ avadanlıq, insan resursları, texnika və taktika, komandanlıq və idarəetmə, rabitə baxımından dünyanın hərbi-dəniz gücləri səviyyəsindədir».

Səyyarinin sözlərinə görə, üç ölkənin birgə təlimləri Hind okeanının şimal hissəsində təhlükəsizliyin təmin olunmasına yönəldilib. «Bizim ölkəmiz İslam inqilabının ilk günlərindən bir çox təhdidlərlə qarşılaşıb və düşmənlər bu mənada müxtəlif planlar irəli sürüblər ki, onların hamısı uğursuz olub» - kontr-admiral əlavə edib.

Rusiyanın İrandakı səfiri Levan Cigərxanyan ötən həftə elan edib ki, Rusiya-İran-Çin hərbi-dəniz təlimləri fevralın ortalarında Hind okeanında keçəcək. Bu barədə «Mehr» agentliyi xatırladıb.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru