Azərbaycan XTQ-si Qarabağda antiterror əməliyyatına başlayır – Rusiyanın ictimai xadimi

17-02-2021, 01:42           
Azərbaycan XTQ-si Qarabağda antiterror əməliyyatına başlayır – Rusiyanın ictimai xadimi
Azərbaycan Qarabağ bölgəsində antiterror əməliyyatına başlamaq üçün ordunu qaldırmayacaq.

Teref.az xəbər verir ki, bu barədə Rusiyanın ictimai xadimi, tanınmış tarixçi Dmitri Verxoturov bildirib.

“Düşünmürəm ki, Azərbaycan öz ərazilərini xırda qruplar şəklində terror fəaliyyəti ilə məşğul olan ermənilərdən təmizləmək üçün irimiqyaslı əməliyyata məcbur olsun. Bu prosses Azərbaycanın xüsusi təyinatlı qüvvələri üçün tipik bir gizli reydlər şəklində olacaq. Qarabağda gizlənən erməni terrorçular onsuz da gec-tez ya Rusiya, ya da Azərbaycan xüsusi təyinatlıları ilə üz-üzə qalacaq”, – deyə müsahibimiz qeyd edib.

Onun sözlərinə görə, bu əməlliyat regionun mənzərəsində artıq yeni element olacaq.

“Bu antiterror reydləri ictimaiyyət üçün “səssiz-səmirsiz” olacaq”, – deyə ekspert qeyd edib.

Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru