“Rusiya və Çin peyklərimizi məhv edə biləcək sistemlərə malikdir” - Rəsmi Vaşinqton

9-03-2021, 10:45           
“Rusiya və Çin peyklərimizi məhv edə biləcək sistemlərə malikdir” -
“Rusiya və Çinin yerin kosmik fəzasında sahib olduqları imkanlar Vaşinqtonun narahatlığına səbəb olur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin komandanı, general Con Reymond “The New York Times” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ABŞ-ın rəqibləri kosmik sistemlərin istifadəsinin bu ölkə üçün nə qədər vacib olduğunu başa düşürlər, bu səbəbdən Birləşmiş Ştatların girişinə imkan verməyən texnologiyaları inkişaf etdirirlər.

“Sistemlərimizi çaşdıra və işini poza biləcək lazerlər təsəvvür edin”,- deyə Reymond qeyd edib.

General həmçinin Moskva və Pekinin ABŞ-ın peyklərini yer üzündən məhv edə və ya zədələyə biləcək müxtəlif qabiliyyətli lazer qurğularına da sahib olduğunu bildirib. Bundan əlavə o qeyd edib ki, bu ölkələrdə peyk əleyhinə raketlər və digər sistemlər də mövcuddur. O, Moskvanın ABŞ peyklərini aşağı yer orbitində məhv edə biləcək bir peykdən istifadə etdiyini də iddia edib.

“Hər iki ölkənin yer orbitində narahatlıq doğuran imkanları var. Bütün bunlar hazırda mövcud olan təhdidlərdir. Gələcəkdə nə olacağından danışmırıq”,- deyə general vurğulayıb.

Qeyd edək ki, 2020-ci ilin dekabrında ABŞ milli kəşfiyyatının direktoru Con Retkliff Rusiyanın məsuliyyətli kosmik güc olmadığını, xüsusən də son zamanlarda kosmosda təhdidkar və təxribat xarakterli fəaliyyətinin potensial təhlükəli vəziyyət yaratdığını açıqlayıb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.