“Türkiyədən heç bir təhlükə gəlmədəyini birmənalı olaraq demək səhv olardı” - Qriqoryan

28-03-2021, 10:19           
“Türkiyədən heç bir təhlükə gəlmədəyini birmənalı olaraq demək səhv olardı” - Qriqoryan
“Ermənistan Türkiyəyə yanaşmasına düzəlişlər edib, tənzimlənməlidir”.
Teref.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli “İctimai Televiziya”ya müsahibəsində bildirib.
Teleaparıcının “Türkiyə artıq Ermənistan üçün düşmən dövlət deyil" sualına cavabında katib deyib:
“Əgər bölgənin kommunikasiyasını blokdan çıxarırıqsa, onda yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir. Biz bu istiqamətdə işləyirik”.
Armen Qriqoryan məsələ ilə bağlı aydınlaşdırıcı daha bir suala cavab olaraq qeyd edib: “Türkiyədən heç bir təhlükə gəlmədəyini birmənalı olaraq demək səhv olardı, ancaq bölgədəki ümumi proseslər başqa imkanlar da açır”.

O deyib ki, müharibədən sonra bölgədə böyük dəyişikliklər baş verib və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesi intensiv bir mərhələyə qədəm qoyub:
“Biz hesab edirik ki, blokdan çıxma yalnız Azərbaycana aid olmamalıdır. Buna daha geniş bir regional yanaşma lazımdır. Bunun üçün imkanların olduğunu düşünürük”.
O, hazırda Türkiyə ilə birbaşa dialoqun olmadığı ilə razılaşsa da, əlavə edib ki, iki ölkə nümayəndələrinin açıqlamaları bölgədə kommunikasiyaların blokdan çıxarılması ehtimalının olduğunu göstərir.

Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru