Navalnı türmədə öyrənməsi üçün Quran kitabı verilməsini tələb etdi- Gözlənilməz…

13-04-2021, 21:40           
Navalnı türmədə öyrənməsi üçün Quran kitabı verilməsini tələb etdi-
Müsəlmanlar haqqında nifrət dolu ifadələri ilə tanınan Aleksey Navalnı həbsxanada Quran öyrənmək arzusunu ifadə edib.

Teref.az xəbər verir ki, bu barədə “Dojd” telekanalı məhkumun akkauntuna istinadla informasiya yayıb.

Məlumata görə, türmə rəhbərliyi hazırda Navalnının şəxsi kitablarını ekstremizmlə bağlı yoxlayır. Yoxlama artıq üç aydır davam edir. Müxalif lider isə aralarında Quran kitabı da olduğu ədəbiyyatın geri verilməsinin sürətləndirməsini istəyib və əks halda koloniya rəhbərliyini məhkəməyə verməklə hədələyib.

Navalnının sözlərinə görə, İslamı və müsəlmanları daha yaxşı anlamaq üçün Qurani-Kərimi oxumağa qərar verib. Bunu həm də onun “bir xristian kimi inkişaf etməsi” tələb edir.

Xatırladılır ki, Navalnı şəhadət simvolu və hicablı qadınlara nifrətdən başlayaraq Rusiyada islami mənəvi dəyərlərin dirçəlməsinin ən fəal olduğu Çeçenistan və Tatarıstan rəhbərliyinə hücumlara qədər hər bir müsəlmana düşmənçilik ifadə etməklə özünə qatı islamofob bir siyasətçi imici yaradıb. Rusiya müxalifət lideri eyni zamanda Moskvada məscidlərin tikilməsinə də qarşı çıxıb…moderator












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru