BMT Təhlükəsizlik Şurasının iclası Kosovo bayrağına görə yarımçıq dayandırılıb – FOTO

14-04-2021, 06:53           
BMT Təhlükəsizlik Şurasının iclası Kosovo bayrağına görə yarımçıq dayandırılıb – FOTO
BMT TŞ-nin onlayn iclası yarımçıq dayandırılıb.

“RİA Novosti” xəbər verir ki, buna səbəb Kosovo nümayəndəsinin ekranda tanınmayan dövlətin bayrağı fonunda görünməsi olub.

Rusiya nümayəndəsi məsələyə ciddi etiraz edərək, Təhlükəsizlik Şürasının yeddi üzv dövləti tərəfindən Kosovonun tanınmadığını nəzərə çatdırıb.

Böyük Britaniya təmsilçisi isə tədbirin formal xarakter daşıdığını bildirərək, iclasın davam etdirilməsini mümkün sayıb.

Nəticədə, qurum qapalı məsləhətləşmələr üçün onlayn iclasını yarımçıq dayandırıb. Məsləhətləşmələr zamanı iştirakçıların əksəriyyəti Britaniyanın mövqeyini dəstəkləyib və görüş bir qədər sonra bərpa edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru