“Hayastan”ın keçmiş rəhbəri Qarabağa ayrılan pulları kazinoda xərcləyirmiş - İLGİNC FAKT

14-04-2021, 18:31           
“Hayastan”ın keçmiş rəhbəri Qarabağa ayrılan pulları kazinoda xərcləyirmiş - İLGİNC FAKT
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsi “Hayastan” Ümumerməni Fondunun keçmiş icraçı direktoruna qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə açılan cinayət işinin ibtidai istintaqını başa çatdırıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ara Vardanyan 18 may 2009-ci ildən 20 iyul 2018-ci ilə qədər “Hayastan” Ümumerməni Fondunun icraçı direktoru vəzifəsini icra edən zaman Qarabağdakı məktəblərə 293 milyon dram məbləğində mebel alınması üçün hazırlanan saxta müqavilələri təsdiq edərək imzalayıb.

“Fond müəyyən şirkətin cari hesabına 293 milyon dram köçürüb, lakin müqavilədə nəzərdə tutulan əmlak məktəblərə verilməyib”,- deyə məlumatda qeyd olunub.

Bundan əlavə, 2014-cü ildə Ara Vardanyan “Moziyan” fondunun vəsaitlərindən istifadə edərək “Konvers Bank”a 28 milyon dram (53 min dollar - Red) məbləğində vəsait köçürüb.

2019-cu ilədək bankın faizləri hesabına Vardanyan ümumilikdə 48 min dollar əldə edib. Vəsaitin bir hissəsini şəxsi ehtiyaclarına, xüsusən də onlayn kazinolarda mərc qoymaqla xərcləyib. Toplanan materiallar əsasında açılan cinayət işi məhkəməyə göndərilməsi üçün prokurorluğa təqdim edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru