Ter-Petrosyan Paşinyanı “ruhi xəstə” adlandırdı

14-04-2021, 22:43           
Ter-Petrosyan Paşinyanı “ruhi xəstə” adlandırdı
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanı özünün sözçüsü Arman Musinyanın diliylə “ruhi xəstə” adlandırıb.

Teref.az xəbər verir ki, Ter-Petrosyanın sözçüsü belə dəyərləndirmə ilə Paşinyanın bu gün parlamentdəki çıxışına cavab olaraq çıxış edib. Paşinyan bildirmişdi ki, Ter-Petrosyan ona 2018-ci ilin iyulundakı görüşləri zamanı “torpaqları qaytarmağın vaxtıdır” deyib.

“Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan milləti məhv edən bəla-adamın ruhu çırpıntıları haqda danışmağı mənasız hesab edir”,- Musinyan bildirib.

Bu arada Ter-Petrosyanın koronavirusa yoluxduğu və hazırda müalicə olunduğu da açıqlanıb. Arman Musinyan bildirib ki, keçmiş prezidentin koronavirus testi bu günlərdə müsbət çıxıb. Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru