Bayden erməni soyqırımını tanıyacaqmı? - Ermənilərə cavab gəldi

20-04-2021, 20:43           
Bayden erməni soyqırımını tanıyacaqmı? -
Bayden administrasiyası erməni tarixçilərinin aprelin 24-də ABŞ liderinə ünvanladıqları məktuba cavab alıblar.

Bizimxeber.az bildirir ki, bu barədə "Sputnik" məlumat yayıb.

Bildirilir ki, bu gün Yerevanda keçirilən dəyirmi masa zamanı ABŞ hökümətindən gələn cavab məktubunun məzmununu Ermənistan MEA-nın Tarix İnstitutunun direktoru Aşot Melkonyan tərəfindən açıqlanıb.

Cavab məktubunda Bayden Administrasiyası və vitse-prezident Kamalla Harris erməni tarixçilərinə göndərikləri məlumatlara görə, minnətdarlıq ifadə olunub.

"Ölkəmiz çoxlu çağırışlarla üzləşir və buna bənzər məktublarınız Bayden-Harris Administrasiyasının sizə necə faydalı ola biləcəyini daha yaxşı və aydın şəkildə anlamağa kömək edir. Məktubu diqqətlə öyrənəcəyik, rəy verməyə çalışacağıq", - deyə Amerika hökumətinin cavabında deyilir.

Melkonyan isə hesab edir ki, bu tipli cavab məzmunu ümid etməyə imkan verir ki, ABŞ prezidenti öz cavab rəyində "soyqırım" terminindən istifadə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru