Qərb çəkindi və bu, Putinin mövqeyini gücləndirdi

6-05-2021, 09:09           
Qərb çəkindi və bu, Putinin mövqeyini gücləndirdi
Son zamanlarda Rusiya qoşunlarının Ukrayna sərhədlərinə və Krıma gətirilməsi Kremlin nöqteyi-nəzərindən tamamilə uğurlu oldu. Rusiyanın əzələ nümayişi Ukraynanı həssas vəziyyətə gətirdi. Qərb qətiyyətlə hərbi nümayişdən çəkindi və Vladimir Putin bölgədəki mövqeyini gücləndirdi.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.

Volkerin sözlərini şərh edən "Finənşl Tayms" nəşri Donbasda vəziyyətin son dərəcə çətin olduğunu qeyd edib:

"Ukrayna Prezidenti Vladimir Zelenski 2019-cu il seçkilərində Donbasdakı müharibəni bitirəcəyini vəd edərək qazandı. Ancaq bu vəziyyətdən çıxmaq üçün az fürsəti var. Kiyevin Qərb müttəfiqlərini Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməyə razı salmaq mümkün deyildi. Və Vaşinqtonun yeni diplomatik səylər göstərməyə hazır olması hələ də qaranlıq qalır. Keçmiş aktyor üçün Putini Kiyevi dəstəkləyən Qərb ölkələrinin liderləri ilə sülh danışıqları masasına oturtması çətin görünür".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru