ABŞ Dövlət katibi Qüds və Ramallahdakı görüşləri məhsuldar adlandırıb

26-05-2021, 07:08           
ABŞ Dövlət katibi Qüds və Ramallahdakı görüşləri məhsuldar adlandırıb
ABŞ Dövlət katibi Entoni Blinken İsrail Baş naziri Binyamin Netanyahu və Fələstin hökümətinin başçısı Mahmud Abbasla danışıqları məhsuldar adlandırıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə o, mayın 25-dəYaxın Şərqə səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

"Qüds və Ramallahda çox məhsuldar bir gün keçirdik. Bu görüşlər zamanı bütün tərəflərdən son münaqişəni dayandırmaq üçün vəziyyətə reaksiya verərək müəyyən addımların atılmasının lazım olduğu haqda ümumi anlaşma eşitdim", - E.Blinken deyib.

Bildirilir ki, dövlət katibinin mayın 27-dək Misir prezidenti Əbdülfəttah əs-Sisi və İordaniya kralı II Abdullah ilə Qəzza zolağında atəşkəsin möhkəmləndirilməsi imkanlarını müzakirə etmək üçün danışıqlar aparması da planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru