"Pskov və Leninqrad vilayətləri Estoniyaya məxsusdur" - Estoniya prezidentliyinə namizəd

6-07-2021, 10:36           
"Pskov və Leninqrad vilayətləri Estoniyaya məxsusdur" -
Tallinin «Alexela» konsert evində bazar günü toplaşan müxalif sağ-radikal Konservativ Xalq Partiyası (EKRE) Xenna Pılluaası Estoniyanın prezidentliyinə rəsmi namizəd kimi təsdiqləyib. Pılluaas özünün proqram nitqində deyib ki, ölkəyə elə Prezident lazımdır ki, ürəyində Estoniya dövlətinə, xalqına və göy-qara-ağ bayrağa məhəbbət gəzdirsin (err.ee).

«Bu, hər şeydən vacibdir. Bunsuz Estoniya dövləti və xalqı yox olur, ümidlər, səylər, qurbanlar və bizim bütün sələflərimizin əməyi, bizim özümüz və gələcək nəsillər qeybə çəkilir. Bizə elə Prezident lazımdır ki, üzü xalqa yönəlmiş olsun. Eləsi olsun ki, cəmiyyət daxilində gərginliyi artırmaq yox, azaltsın, bir masa arxasında fərqli fikirləri toplasın və hamısını birləşdirən bünövrəni tapsın. Elə etsin ki, biz, birlikdə irəli gedə bilək» - prezidentliyə yeni namizəd bəyan edib.

Pılluaas öz nitqində hökumətin hərbi xərcləri ixtisar etmək barədə qərarını tənqid edərək bildirib ki, Prezidentin borcu Estoniyanın təhlükəsizliyini təhdid edən amillərə reaksiya verməkdən ibarət olmalıdır.

«Bizim müdafiə qabiliyyətimizlə, dövlətin təhlükəsizliyi və müstəqilliyi ilə oynamaq olmaz» - Pılluaas deyib.

O, həm də özünün sevimli mövzusuna qayıdıb və əlavə edib ki, Estoniyanın Rusiya ilə yeni sərhəd müqaviləsi bağlamasına ehtiyac yoxdur. Onun fikrincə, Tartuda Estoniya Respublikası və SSRİ-i arasında 101 il əvvəl bağlanmış müqavilə hələ fəaliyyətdədir. Ona görə də, Pılluaas qeyd edib ki, Pskov və Leninqrad vilayətləri müharibəyə qədər Estoniyanın tərkibinə daxil olduğu kimi, beynəlxalq qanunlara görə, indi də ona məxsusdur.

«Peçorun və Narvanın o tayı ərazilərin işğalını qanuniləşdirməyə heç bir lüzum yoxdur» - Pılluaas hesab edir.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru