Xəzərdə BÖYÜK LAYİHƏ: Ərdoğan israr edir, Putin qarşı çıxır - Azərbaycan isə...
7-07-2021, 09:51

Son vaxtlar Türkiyə və Azərbaycanın birgə təlimləri, Xəzər dənizi hövzəsində Ankaranın aktiv fəaliyyəti Moskva-Tehran tandemini narahat edir. Hazırda Ankaranın əsas planı TransXəzər qaz kəmərinin dənizin dibi ilə çəkilməsidir. Rusiya və İran uzun illərdir ki, dənizin dibi ilə boru kəmərinin çəkilməsinə mane olurlar. Buna səbəb kimi ekoloji böhranı göstərirdilər. Bəs, Türkiyənin Xəzər dənizində maraqları nədən ibarətdir?
Bu barədə Metbuat.az-a özəl müsahibə verən Beynəlxalq Münasibətlər üzrə analitik Teymur Qasımlı bildirdi ki, Sovet İttifaqının dağılmasından sonra Türkiyə, Qafqaz və Orta Asiya dövlətləri münasibətlər qurmağa başladı. Bunun üçün ABŞ və Avropa Birliyi ölkələrin dəstək aldı.Teymur Qasımlı deyir ki, əsasda bu dəstəkdə ABŞ-ın önəmi böyükdür.
"Qeyd etdiyim kimi, ABŞ Qafqaz və Mərkəzi Asiyada öz dövlət maraqları üçün, Türkiyəyə dəstək verdi və indi də bu dəstək davam edir. Türkiyənin Xəzər dənizində maraqlarına gəldikdə isə, ilk öncə bildirim ki, Türkiyənin yerləşdiyi çoğrafi mövqeyi baxımından Yaxın Şərq, Asiya Qafqazda olan enerjinin daşınması üçün əlverişli strateji marşurutdu. Burada bir neçə amili sadalamaq istəyirəm.
1.Türkiyə Xəzər Dənizi vasitəilə Mərkəzi Asiya dövlətləri ilə əlaqə qurması üçün önəmlidir.
2.Türkiyə-Azərbaycan Türkmənistan və Qazaxıstanla siyasi iqtisadi münasibətlər qurmaq və bu dövlətlərdə var olmaq.
3.Azərbaycan,Türkmənistan və Qazaxıstanın enerji resuslarını Türkiyə üzərində Avropaya çatdırması üçün önəmlidir.
4.Rus qazından aslı olan Avropya dövlətləri Xəzərin enerji mənbələrini çatdrılması üçün önəmli rol oynaqmaq istəyir buna nail olub".
Siyasi şərhçi, Türkiyənin TransXəzər vasitəsi ilə,Cənubi Qafqaz və Mərkəzi Asiyaya açılması barədə suala cavab olaraq vurğuladı ki, doğrudur Türkiyə Türkmənistan qazını Trans Xəzər vasitəsilə Türkiyə üzərində Avropaya çatdırmağı düşünürdü. Hətta bünün üçün 1999-cü ildə Ankarada iki dövlət arasında müqavilə imzalanmışdı. Amma buna mane olan bir neçə səbəbdən irəli gələrək həmin layihə hələ də reallaşmayıb.
"Xəzərin statusu məsələsi həll olunmaması və Rusiyanın Türkmənistan təzyiqi nəticəsində bu layihə baş tutmadı. Hazırda layihə yenidən gündəmə gəlib. Son zamanlar Türkmənistan Azərbaycan-Türkiyə münasibətləri müsbətə doğru irəliləyir. Regionda və Xəzər hövzəsində baş verən sürətli siyasi-iqtisadi vəziyyət, Azərbaycan və Türkiyənin maraqlarına xidmət etsə də, digər bir neçə dövlətin xüsusilə də, İranın maraqlarına ziddir. İran heç bir zaman Türkiyənin Xəzərdə Qafqazda və Mərkəzi Asiyada var olmasını istəmir və bunun üçün siyasi planlar qurur və oyunlar oynayır. Bu tamaşalarda da onun əsas rol partnyoru Rusiyadır".
Gülbəniz Hüseynli