Erməni analitik: “Rusların əks təsir riskini neytrallaşdırmasaq, yeni imkanımız yox, yeni itkilərimiz olacaq”
9-07-2021, 10:32
“Rusiya Ermənistanı və Qafqazı strateji mənada təhvil verib”. Ordu.az xəbər verir ki, bunu erməni analitik Hakob Badalyan “Facebook” səhifəsində yazıb.
“Rus dairəsində bu barədə “şüuraltı” danışırlar, həmçinin öz cəmiyyətlərini buna hazırlayırlar, çünki Qafqazdan imtina etmək ruslar üçün öz hisssindən imtina etməyə bərabər bir şey olacaq.
Buna görə də, bu, yalnız Rusiyanın dağılmasından yayınmağa imkan verəcək əsasların mövcudluğu halında baş verə bilər.
Nəhayət, Rusiyanın siyasi təbəqələrində Qafqazı təhvil vermək fikrinin mayalanması, bunun Rusiyanın “tam” saxlanılması imkanı kimi nəzərdən keçirilməsi məhz buna görədir”, - deyə o qeyd edib.