Rusiya Paşinyanı Xankəndiyə buraxmadı! - GÜNÜN XƏBƏRİ...
10-07-2021, 22:38

Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağdakı separatçıların lideri Araik Arutyunyanla görüşüb.
Teref.az "axar"a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb. Görüş dünən İrəvanda baş tutub.
Qeyd edək ki, bu, Paşinyanın seçkidən və Moskvaya səfərindən sonra Arutyunyanla ilk görüşüdür.
II Qarabağ müharibəsinə qədər Ermənistan liderləri hər seçkilərdən sonra ya ilk səfərlərini Moskvaya edir və yaxud Azərbaycanın işğal altında saxladıqları Xankəndi şəhərinə gəlirdilər.
İndi isə N.Paşinyanın Xankəndiyə gəlməsi 10 noyabr 2020-ci il bəyanatının pozulması və Azərbaycanın ərazi bütövlüyünə qəsd sayılır.
Tanınmış rusiyalı politoloq Stanislav Tarasovun iki gün öncəkli açıqlamasına görə, Moskvaya son səfəri zamanı Paşinyana Moskvada sərt şəkildə ultimatum veriblər. Ona bildiriblər ki, hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycanın Xankəndi şəhərinə bir daha səfər etmək olmaz. Tarasova görə, diplomatiyanın öz qanunları var.
"Ermənistan üçtərəfli bəyanat imzalayanda etiraf edib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. İndi Nikol Paşinyan Xankəndiyə yalnız Bakının icazəsindən sonra gedə bilər. Paşinyan tam dalana dirənib. Problem ondadır ki, Paşinyan elə özü bütün danışıqlar prosesini iflasa uğradıb, indi də düşünür ki, Putin onun bütün səhvlərini düzəldə biləcək. Amma Rusiya Prezidenti bunu etməyəcək. Fransızlar da ona kömək edə bilməyəcək” - Tarasov vildirib.
Bu sözləri şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətovun sözlərinə görə isə əgər Kreml Paşinyan başda olmaqla İrəvan hökumətinin nümayəndələrinin Xankəndinə gediş-gəlişinə imkan vermirsə, deməli, Azərbaycanın yavaş-yavaş təsiri öz işini görür.