Səməd Seyidov: “Rusiya mətbuatında nələrin baş verdiyini görürük” – Səfir qalmaqalı davam edir

11-07-2021, 21:09           
Səməd Seyidov: “Rusiya mətbuatında nələrin baş verdiyini görürük” –
“Təəssüflər olsun ki, bir sıra beynəlxalq təşkilatların, dövlətlərin Azərbaycana ikili standartlarla yanaşmaları həmişə özünü göstərib. Fransa özü bunun parlaq nümunəsidir. ABŞ-a gəlincə, Prezident Co Baydenin 28 may Respublika Günü münasibəti ilə ünvanladığı məktub özü münasibətlərdə bir irəliləyişdir.

Amma Konqresin qəbul etdiyi qərarlarda Azərbaycana ikili standartlarla yanaşmanın təzahürünü görmək mümkündür. Yaxud Rusiya mətbuatında nələrin baş verdiyini görürük”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov APA-ya açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, ona görə də ikili standartlar olacaq, ancaq əsas odur ki, Azərbaycan elə bir geosiyasi reallıq yaradıb ki, onun qəbul edilməməsi artıq mümkün deyil, çünki bu geosiyasi reallıq ABŞ, Rusiya və Fransanın maraqlarına uyğundur:

“Sadəcə, daxili vəziyyətlərinə görə hər hansı bir formada bu geosiyasi reallığı qəbul etməkdən açıq-aşkar çəkinir, ikili standartlarla yanaşırlar, ya ehtiyat edirlər. Amma bilirlər ki, bu, reallıqdır.

Bu, həm Azərbaycan xalqının haqq-ədalətə arxalanan mövqeyini əks etdirən, həm də beynəlxalq hüquqa söykənən bir reallıqdır. Sən beynəlxalq hüquqa qarşı çıxa bilməzsən ki?!

Prezident İlham Əliyevin müsahibələrinin birində deyib ki, sanki beynəlxalq hüquq kiçik ölkələr üçün yazılmayıb. Getdikcə beynəlxalq hüquq hər kəs tərəfindən qəbul olunacaq, sadəcə, buna zaman lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.