Rusiyadan Moldovaya mesaj: MDB-yə inteqrasiya...

13-07-2021, 08:02           
Rusiyadan Moldovaya mesaj:
Moskva Moldovanın yeni hakimiyyəti və parlamenti ilə əməkdaşlığa hazır olduğunu təsdiqləyir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Mövcud Rusiya-Moldova müqavilə və razılaşmalarının ardıcıl həyata keçirilməsinə, həmçinin Moldova Respublikasının MDB məkanındakı inteqrasiya proseslərində davamlı iştirakına ümid edirik”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki, ötən gün Moldovada keçirilən parlament seçkilərində qərbyönümlü Maya Sandunun Hərəkət və Həmrəylik Partiyası qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru