Kubada iğtişaşçılarla toqquşmalarda çox sayda hökumət tərəfdarı xəsarət alıb

15-07-2021, 08:10           
Kubada iğtişaşçılarla toqquşmalarda çox sayda hökumət tərəfdarı xəsarət alıb
Kubada bazar günü iğtişaşçılarla toqquşmalarda və hökumət əleyhinə nümayişlərdə ölkə rəhbərliyinin çox sayda tərəfdarı xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, bunu Kuba prezidenti Miqel Dias-Kanel bildirib.

“Asayişi qorumağa çalışan insanlar arasında çoxlu sayda yaralı var”, - deyə prezident dövlət televiziyasındakı çıxışı zamanı qeyd edib.

Onun sözlərinə görə, iğtişaş iştirakçıları “nifrəti təbliğ edirlər” və “İnqilab müdafiəçilərinin linç edilməsinə” çağırırlar.

Qeyd edək ki, bazar günü Kubanın bir neçə şəhərlərində iğtişaşlar baş verib, aksiya iştirakçıları bir sıra dükanları talan ediblər. Bundan əvvəl Havananın 24 km cənubunda yerləşən San-Antonio-de-los-Banos şəhərində kütləvi nümayişlər başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.