Azərbaycandan RUSLARI VƏ ERMƏNİLƏRİ təşvişə salan plan...
15-07-2021, 11:18

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlı qüvvələrinin müvəqqqəti yerləşdiyi ərazilərdə növbəti dəfə qanunsuz erməni silahlı birləşələri Şuşa ətrafında bölmələrimizi atəşə tutub. Gündəmi Metbuat.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, artıq Rusiya Qarabağda sülhməramlı missiyasını yerinə yetirmir və Azərbaycan öz ərazisindən atəşə məruz qalır.Siyasi şərhçi fikirlərinə əlavə etdi ki,10 noyabr Birgə Bəyannamənin 4-cü bəndi yerinə yetirilmir, hətta buradak silahlı ermənilər Azərbaycana qarşı silahlı hücmlar təşkil edir.
“Qarabağdakı ermənilərin bu fəaliyyətinə Rusiya məsuliyyət daşıyır. Buna baxmayaraq Rusiya bununla Nikol Paşinyan hakimiyyətini çətin bir vəziyyətə salaraq, Azərbaycanla mümkün danışıqları sabotaj edir. Qarabağdakı erməni separatçıların fəaliyyəti birbaşa Ermənistan hakimiyyətinin və xalqının əlehinə işləyir. Bunu N. Paşinyan da çox gözəl anlayır və çıxış yolu kimi Rusiyanın ölkəsində mövqelərini zəiflətməyə çalışacaq. Müharibədən sonra, Rusiya Qarabağda belə bir vəziyyət yaratmaqla göstərmək istəyir ki, münaqişə bitməyib”.M.Əsədullazadə baş verən hadisələrin səbəbini izah edən zaman vurğuladı ki, bu olaylar, Kremldən idarə olunur. Ermənistanda seçkilərdən sonra Azərbaycanla danışıqların başlanması gözlənilirdi. Rusiya məhz bunun qarşısını alması üçün Qarabağda erməni təxribatlarına rəvac verir.
“Ermənistanın Qarabağda kiçik bir ərazidə heç bir siyasi-hərbi mövqeyi yoxdur. Regionda sülhün və təhlükəsizliyin əldə edilməsi, Zəngəzur dəhlizinin açılması, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi, Qərbin regionda təsirinin artmasına gətirib çıxaracaq. Ona görə də Rusiya bunun qarşısını almaq üçün istənilən varianta əl atacaq. Hətta sərhəddə erməni silahlılarının Azərbaycana hücumunu təşkil edəcək. Qeyd edim ki, bu baş verənlər Ermənistanda vəziyyəti daha da çətinləşdirəcək. Nikol Paşinyan seçkidə söz verdiyi kimi sülh və iqtisadi inkişafı təmin edə bilməyəcək. Bu da xalqda ciddi narazılıq doğuracaq. Nəticədə Qarabağ klanı və R. Koçaryan Rusiyanın dəstəyi ilə hərəkətə keçəcək. Rusiya bununla N. Paşinyanın mövqelərini sarsıtmağa çalışır. Bəs post-münaqişə dövründə sülhün və təhlükəsizliyin əldə edilməsinə mane olan Rusiyanın əsas planı nədir?
“Bildirmək istəyirəm ki, Nikol Paşinyanın hakimiyyəti təhlükəli ssenariyə çevrilib. Amma Azərbaycana qarşı Rusiyanın təzyiqləri müsbət nəticə verməyəcək. Rusiyanın mövqeləri daha da zəifləyəcək. Azərbaycan isə, Türkiyə ilə birgə regionda daha da güclənəcək. Məhz buna görə də, Azərbaycan Qarabağda erməni silahlı birləşmələrini zərərsizləşdirməlidir.Təbii ki, Prezident İlham Əliyev baş verənləri sükutla qarşılamayacaq. Yaxın vaxtlarda Rusuya və erməniləri təşvişə salacaq yeni bir planın şahidi ola bilərik”.